XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2018 - 19:15

Şirvan Şəhər İcra Hakimiyyətində yeni təyinat- İcra başçısına yeni müavin təyin edilib

Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.