XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2018 - 21:30

Elmar Məmmədyarov Avstriyanın yeni təyin olunmuş səfirini qəbul edib –FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avstriyanın ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.