XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 08:09

Tacikistanda saqqal lisenziyası satılıb

ölkədə saqqal saxlamaq və hicab qadağandır

Tacikistanda milis saqqal və hicab saxlamaq üçün “lisenziya” satan fırıldaqçıları axtarır.

Strateq.az İntefax.ru-ya istinadən bildirir ki, dini işlər üzrə Komitə Tacikistan vətəndaşlarına müraciət edərək saxta sənəd satıcılarının üzə çıxarılmasına kömək etməyə çağırıb.

Tacikistanın sosial şəbəkələrində müzakirə edilən məlumatara görə, milis saqqallı şəxsləri zorla milis şöbəsinə gətirib onların saqqalını qırxdırır.

ölkədə dini radikalizmin yayılmasından ehtyatlanan icra strukturları həmçinin məktəbli və tələbə qızların, dövlət müəssisəsində çalışan qadınların hicab saxlamasını yasaqlayıb.

Ekspertlər hesab edirlər ki, hökumətin bu cür addımları əks nəticə doğura bilər – məmurlara daha pis münasibət bəslənəcək, gizli dini cərəyanlar isə daha çox ardıcıl toplayacaq.