XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 14:37

Sabah paytaxtın 3 rayonunda su olmayacaq- “Azərsu"

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.