Fransaya səfər edən Türkiyə prezidenti Ərdoğan bu gün Parisdə BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə tərəflər əsasən Suriya və oradan qaçan milyonlarla miqrantla bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, Ərdoğan Fransaya Emmanuel Makronun dəvəti ilə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün səfər edib. Onun Parisdə Makron, Tramp və digər dünya liderləri ilə görüşlərinin olacağı da planlanıb.