XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 08:39

Bakıda bəy gəlini niyə döydü?

Bakıda bəy gəlini niyə döydü?

Nizami Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəylə gəlin arasında dava şəxsi münaqişə zəmnində düşüb.

Dava zamanı bəy gəlinini vurub. Sonradan davaya toya gələn qonaqlar müdaxil ediblər.
Qonaqların müdaxiləsindən sonra ara sakitləşib və toy mərasimi davam edib. Sonradan bəy Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə dəvət olunub. Bəy izahat yazıb və sərbəst buraxılıb.
İşi araşdıran təhqiqatçı Rövşən Rəhimlinin verdiyi məlumata görə, mübahisə toy qurtarana yaxın olub. Mübahisə valideynlərlə bağlı yaranmış narazıçılıq səbəbindən yaranıb.
“Əslində elə ciddi hadisə olmayıb. Deyildiyi kimi, bəy gəlini döyməyib. Problem artıq həll olunub”, – deyə Rövşən Rəhimli bildirib.
Hadisə baş verən şadlıq sarayından isə sayta bildiriblər ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Sonradan onu vurub. Bundan sonra bir neçə dəqiqə toyda münaqişə yaranıb. Sonradan problem həll olunub.
“Toy qurtaranda da hər şey qaydasında olub. Bəylə gəlin zaldan “Vağzalı” havası ilə çıxıblar”, – deyə şadlıq sarayından bildirilib.
* * *10:00
Aprelin 25-də Bakıda inanılmaz hadisə baş verib.
Axar.az-a verilən məlumatda “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözləri qarşısında döydüyü bildirilir.
Mənbənin dediyinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.
Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.
Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb.
Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib.
Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb.