XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 08:52

Erməni “soyqırımı”nı tanıyan azərbaycanlı KVN-çinin professor atası danışdı

Erməni “soyqırımı”nı tanıyan azərbaycanlı KVN-çinin professor atası danışdı

Bu günlərdə “Parni iz Baku” KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevin erməni “soyqırımı”nı tanıması və həmvətənlərini ermənilər qarşısında tövbə etməyə çağırması ölkədə kəskin narazılığa səbəb olub.
Belə ki, aprelin 24-də rusiyalı teleaparıcı Tina Kandelaki özünün “facebook”dakı rəsmi səhifəsində qondarma “erməni soyqırımı” ilə bağlı status yazıb. O, bildirib ki, yarısı ermənidir və 24 apreli “Bütün ermənilər üçün kədər günü” hesab edir.
Bundan sonra Cavid İmamverdiyev bu statusa rəy yazaraq, həmvətənlərinə Türkiyədə “soyqırım”ın olduğunu etiraf etməyin, başsağlığı verməyin və tövbə etməyin lazım olduğunu bildirib: “Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında…”
Bu məsələ ilə bağlı Cavid İmamaverdiyevin atası Azərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının müхbir üzvü, əməkdаr еlm хаdimi, Аzərbаycаn Tibb Univеrsitеti urоlоgiyа kаfеdrаsının müdiri, prоfеssоr Sudеyif İmаmvеrdiyеv ilə əlaqə saxladıq.
Musavat.com-a danışan prоfеssоr Sudеyif İmаmvеrdiyеv oğlunun bu addımından xəbəri olmadığını deyib: “İlk dəfə bu barədə sizin vasitənizlə öyrəndim. Bu, mənim üçün gözləniləmz oldu. Oğluma gəldikdə isə, övladlarım sovet dövründə böyüyb, boya-başa çatıblar. Onlar müxtəlif millətlərin uşaqları ilə bir yerdə oxuyublar. Zaman keçdikcə, onlar bu və ya digər ölkələrdə görüşüb, dostluq əlaqələrini daha da möhkəmləndirirlər, cümlədən də, Bakı mənşəli dostları ilə… Cavid Türkiyədəki erməni “soyqırımı”nı tanıması ilə əlbəttə ki, səhv edib. Bütün dünyaya məlumdur ki, soyqırıma məruz qalan azərbaycanlılar çoxdur, nəinki qırılan ermənilər…”
Qeyd edək ki, “Parni iz Baku” KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevin atası Sudеyif İmаmvеrdiyеv 1995-ci ildə müstəqil Аzərbaycan Rеspublikаsının ilk pаrlаmеntinin – Milli Məclisin dеputаtı olub. 2000-ci ildə Milli Məclisə yenidən üzv sеcilib.