XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 22:17

Slovakiyanın Baş naziri Bakıya gəldi –Qarşılanma + FOTO

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Strateq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.