XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 12:52

Messi İspaniya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb

“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatının 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatına sahib olub.

AZƏRTAC klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçu ötən mövsüm La Liqada 36 oyunda 34 qol vurub. Kataloniya təmsilçisi mövsümü çempion kimi başa vurub. Komanda hazırkı mövsümdə 12 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, klubun prezidenti növbəti mövsümdə argentinalı ilə müqavilənin müddətini uzatmaq niyyətində olduğunu bildirib. Lionel Messinin “Barselona” klubu ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.