XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 13:55

Dilçilik İnstitutunun direktoru:“Prezidentin dillə bağlı sonuncu fərmanında əks olunan Tədbirlər Planı hazırdır”

“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında olan tapşırıqlara uyğun olaraq, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrup artıq vəzifəsini yerinə yetirib, Tədbirlər Planını hazırlayıb və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təhvil verib”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müasir mərhələdəki hədəflərini, istiqamətlərini, vəzifələrini müəyyən edir: “Fərman dilimizə kənardan daxil olan yad kəlmələrə, dilimizin qrammatikasına uyğun olmayan sözlərə həssas münasibət bəsləməyi tələb edir. Dilimizin daha çox özünün daxili zənginlikləri hesabına inkişaf etdirilməsi vəzifələrini qarşıya qoyur”.

Direktorun sözlərinə görə, tədbirlər planında 30-dan çox maddə öz əksini tapıb.