XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2018 - 20:51

“Babək prospekti ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində yolu qazıblar, ancaq…” –BNA-dan sürücülərə xəbərdarlıq

“Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır. Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib”.

Strateq.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O bildirib ki, yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib: “Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. 

Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik”.