XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 23:36

“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir” –YAP-çı deputat

“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər yeni tikililər var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.

Report-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu addım həmin rayonlara sərmayələr gətirə bilər.