XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 00:12

Güləşçimiz bürünc medal qazanıb –Dünya çempionatında

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib.

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasovbürünc medala sahib olub.

87 kq çəki dərəcəsində yer alan Abbasov həlledici qarşılaşmada misirli rəqibini yenib. İlk hissəni 0:3 hesabı ilə geridə başa vuran azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, Abbasov ötən ilki dünya çempionatında olduğu kimi, yenə bürünc medal qazanıb.

Bu gün mübarizəyə qoşulan daha 2 yunan-Roma güləşçisi – Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) finala yüksəlib. Noyabrın 14-də keçiriləcək həlledici qarşılaşmada onlar müvafiq olaraq, Yaponiya və Misir təmsilçiləri ilə üz-üzə gələcəklər/Report.