XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 23:44

Şimal Elektrik Stansiyasında ehtiyatda olan transformator yandı –Kəmaləddin Heydərov hadisə yerinə getdi + FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb.

Strateq.az FHN-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub:

“Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəliblər”.​