XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 11:09

Daşkəsəndə dəhşətli faciə –Yanğında 5 nəfər həlak oldu, onların 4 -ü uşaqdır

Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Yanğın rayonun Quşçu kəndində ümumi sahəsi 150 kvadrat metr olan fərdi evdə qeydə alınıb.

Axşam saatlarında ailə başçısı Asim Tağıyev mal-qarasının gəlmədiyini görüb, meşəyə – heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və baldızının qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb, yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

“Report” yanğında həlak olanların siyahısını dərc edib:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007