XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2018 - 12:38

ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini müzakirə edəcək- Dekabrda

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Örl Litzenberger dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında növbəti dəfə çıxış edəcək.

Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məlumat verib.

Onun sözlərinə görə, komitə Ö.Litzenbergerin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Ö.Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi bu ilin oktyabr ayında Senat Komitəsində müzakirə olunub.