XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 10:44

Britaniya Şurasının Azərbaycandakı rəhbəri Bakı Ali Neft Məktəbində olub –Görüş + FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, görüşdə, həmçinin Britaniya Şurasının İngilis dili və təhsil proqramları üzrə meneceri Nərgiz Hüseynova, İmtahan xidmətləri üzrə menecer Nərgiz Əkbərova və BANM-in əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında Britaniya Şurasının böyük rolu olduğunu bildirib. BANM-də tədrisin ingiliscə olduğunu vurğulayan rektor Ali Məktəbin ilk illərindən Britaniya Şurası ilə İELTS imtahanlarının təşkil olunması istiqamətində əməkdaşlıq etdiyini bildirib.

BANM-də qonaq olmaqdan məmnunluq hissi keçirdiyini bildirən Samr Şah Ali Məktəb və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib. Cənab Şah həmçinin qeyd edib ki, BANM-in tələbləri arasında Britaniya Şurasında təcrübə keçənlər vardır və onlar digər təcrübəçilərdən həm dil, həm də digər bacarıqlarına görə fərqlənirlər. Daha sonra qonaq Ali Məktəbi 2019-cu ildə Almaniyada keçiriləcək “Going Global” adlı beynəlxalq təhsil konfransında iştirak etməyə dəvət edib.

Görüşdə həmçinin BANM ilə Britaniya Şurasının əməkdaşlığının inkişaf etdirilməsi, gələcəkdə kompüter əsaslı imtahanların BANM-ın ən son avadanlıqlarla təchiz olunmuş auditoriyalarında keçirilməsi, həmçinin Britaniya Şurası tərəfindən təşkil edilən seminar, festival və konfranslara BANM-in əməkdaşları və tələbələrinin cəlb olunması məsələləri müzakirə edilib.