XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 11:34

Tramp səfir vəzifəsinə dizaynerin namizədliyini irəli sürdü –FOTO

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikara Respublikasına səfir vəzifəsinə dizayner Lana Marksın təyin olunmasını təklif edib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, L.Marks timsah və dəvəquşu kimi ekzotik heyvanlardan hazırlanmış lüks dəri çantaları hazırlamaqla məşhurdur. Çantaların qiymətləri 19 min dollardan başlayır. Bundan başqa, o, D.Trampın “Mar-a-Lago” qolf klubunun üzvüdür.

Klubdakı mənbənin sözlərinə görə, L.Marks Cənubi Afrikada anadan olub, Vitvatersrand Universitetində, eləcə də Yohannesburqda Personalın İdarəolunması İnstitutunda oxuyub.

Ağ evdən bildirilib ki, dizayner Cənubi Afrikanın rəsmi dillərindən olan afrikaans və kosa dillərində sərbəst danışır/Report.