XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 14:20

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırıldı –11 nəfər oldu

Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Bildirilib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilir.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 11 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 7 səs çoxluğu ilə verilir/Report.