XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 20:19

3 nömrəli marşrut xəttininistiqaməti dəyişdi

Baku Bus

 

Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə “BakuBus” MMC 3 nömrəli marşrut xəttinin istiqamətində bir qədər dəyişiklik edib.

 

Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

 

“Azadlıq prospekti” metro stansiyasının önündən hərəkət edən 3 nömrəli avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə “Gənclik” metro stansiyasına kimi gedəcək.