XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 20:41

Universitetin sabiq baş mühasibibeynəlxalq axtarışa verildi

 

interpol-muhasib-300x207

 

Azərbaycanda daha bir şəxs beynəlxalq axtarışa verilib. 1957-ci il təvəllüdlü Amil Mirzəyev mənimsəmə, israf etmə və vəzifə saxtakarlığında ittiham olunur.

 

Azərbaycan hüquq-mühafizə orqanları A. Mirzəyev barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

APA-nın əldə etdiyi məlumata görə, A. Mirəzyev Azərbaycan Texnologiya Universitetinin keçmiş baş mühasibi olub. O, 2015-ci ildə Maliyyə Nazirliyi tərəfindən universitetdə aşkar edilən mənimsəmə cinayətində təqsirləndirilir.

 

Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə yaydığı məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb.

 

Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.