XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2018 - 23:36

Azərbaycan güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində mübarizə aparan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.

O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov isə bürünc medal qazanıb.