XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 15:25

Gömrük ödənişləri “ASAN Pay” vasitəsilə həyata keçiriləcək- Yaxın günlərdə

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunda ikinci ödəniş məntəqəsi yaradılıb.

“Report” xəbər verir ki, bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

A.Abasov bildirib ki, artıq bununla bağlı “Azərpoçt” MMC ilə müqavilə imzalanıb: “İdxal və ixrac xəttində ödəniş xidməti ayrılıqda həyata keçiriləcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almağa kömək edir”.

DGK rəsmisi “ASAN Pay” sistemi vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsinə başlanıldığını da qeyd edib: “Artıq bütün hazırlıq işləri tamamlanıb, yaxın günlərdə sistemə qoşulma baş tutacaq. Bu sistemə inteqrasiya vətəndaşların rahatlığına, məmur vətəndaş təmasının minimuma endirilməsinə xidmət edir”.