XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 20:16

Bakının Xətai rayonuna içməli suyun verilişi yenidən məhdudlaşdırılacaq- Sabah

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

Bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

“Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq”.