XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2018 - 21:41

UEFA Millətlər Liqası:İngiltərə son dəqiqələrdə vurduğu qolla növbəti mərhələyə yüksəlib

Futbol üzrə İngiltərə milli komandası UEFA Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Qaret Sautqeytin baş məşqçilik etdiyi kollektiv VI turda Xorvatiya yığmasını məğlub etdikdən sonra bu nail olub.

İngiltərədə keçirilmiş görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 57-ci dəqiqədə Andrey Kramarik xorvatları hesabda önə keçirib.

78-ci dəqiqədə Cessi Linqard tarazlığı bərpa edib. 85-ci dəqiqədə isə Harri Keyn İngiltərəyə qələbə qazandıran qola imza atıb. Bu nəticədən sonra İngiltərə yığması xallarının sayını 7-ə çatdırıb.

Xorvatiya millisi isə 4 xalla aşağı liqaya enib.