XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 14:18

Lukaşenko prezident İlham Əliyevin Minskə səfərinə şad olub:“Bizim ölkəmizə gəldiyinizə sevindim”

“Azərbaycan ilə Belarusun bütün sahələrdə yaxşı münasibətləri var”.

“Report” BelTA-ya istinadən xəbər verir ki, bunu Minsk şəhərində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib: “Bizim ölkəmizə gəldiyinizə sevindim. Söhbət üçün mövzular var. Aramızda bütün sahələrdə – həm iqtisadi-ticari sahədə, həm siyasi, həm də hərbi sahədə yaxşı münasibətlər var. Amma bu münasibətlərə əlavə etməli, irəli aparmalı məsələlər də var”, –  Belarusun dövlət başçısı deyib.

A.Lukaşenko vurğulayıb ki, Belarusda yolunuzu gözləmişik: “Bir daha bildirir və təsdiq edirəm ki, aramızda heç vaxt qapalı mövzular olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq”.