XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 13:27

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin görüşü keçiriləcək- Türkiyədə

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti üçtərəfli görüşü 2019-cu ildə Türkiyədə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Türkiyə dövlətinin dəvətindən sonra görüşün tarixi müəyyənləşəcək.

Zakir Həsənov görüşün üç qardaş ölkənin rəhbərlərinin tapşırıqlarını həyata keçirilərək baş tutduğunu bildirib.

Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi-siyasi vəziyyət müzakirə edilib: “Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, eləcə də bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”.

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyəti də dinlənilib: “Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur”.