XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 19:25

Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın prezidentini növbəti dəfə cəzalandırıb –Səbəb

Türkiyə Futbol Federasiyası “Qalatasaray” klubunun prezidenti Mustafa Cengizi növbəti dəfə cəzalandırıb.

Federasiya xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti daha 45 gün hüquqlarından məhrum edilib.

O həmçinin 30 min lirə məbləğində cərimələnib. Buna səbəb kimi M.Cengizin klubun rəsmi saytına idmana yaraşmayan açıqlamalar verməsi göstərilib.

“Qalatasaray” klubu isə qeyri-etik açıqlamalar yayması səbəbindən 100 min lirə ödəməli olacaq. Federasiya bundan əvvəl kluba eyni səbəbə görə 135 min lirə məbləğində pul cəzası kəsib.

Qeyd edək ki, M.Cengiz daha öncə Federasiya tərəfindən 60 gün hüquqlarından məhrum edilib və 40 min lirəlik cərimə olunub. Bununla da onun cəzası 105 günə çatıb/Report.