XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2018 - 15:10

Prezident İlham Əliyev energetika nazirinin müavinini vəzifəsindən azad etdi –QƏRAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Strateq.az-a Energetika Nazirliyindən məlumat verilib. Natiq Abbasov 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib.

1991-1999-cu illərdə “Karvan” Kiçik Müəssisənin İstehsalat şöbəsinin müdiri olub. 1999-2006-cı illərdə “Azəriqaz” QSC-nin Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinin Yasamal rayon İstehsalat Qaz Vahidliyinin 6 saylı Qaz istismar Sahəsində sahə rəisi, abonent qrupunun rəisi, Dövlət Qaz Nəzarəti İdarəsinin Şəhər və rayon qaz təsərrüfatlarının etibarlı və təhlükəsiz istismarına nəzarət şöbəsinin qrup rəhbəri, “Azəriqaz” QSC-nin Nəsimi Qİİ-nin QQS və H-ti şöbəsinin abonent qürupuna 9-cu dərəcəli mühəndis-proqramlaşdırıcı vəzifələrində çalışıb.

2006-2007-ci illərdə “Karvan Tikinti Quraşdırma” MMC-nin icraçı direktoru olub. 2007-2009-cu illərdə Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Rəis müavini-Baş Dövlət müfəttişinin müavini kimi fəaliyyət göstərib.

2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.