XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2018 - 18:24

Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək- Noyabrın 28-də

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.