XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 15:20

Gənc şair intihar etdi –Hüquq mühafizə orqanları araşdırma aparır

Gənc şair Şaiq Sadıqzadə intihar edib.

Bu barədə Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.

O bildirib ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

E.İsmayılova bildirib ki, gənc müəllimin hansı səbəbdən intihar etməsi ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparılır.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə, həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub. (modern.az)