XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 17:10

“Chevrolet” su kanalına düşdü –Cəlilabadda ağır qəza

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Belə ki, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən “Chevrolet” markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb. Hadisə nəticəsində Sadatlı kənd sakinləri – 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıblar. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.