XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 12:34

BMT Təhlükəsizlik Şurası bu gün toplanır –Ukraynadakı vəziyyətlə bağlı

 

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı fövqəladə əhəmiyyətli görüş keçirəcək.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli “Twitter” səhifəsində yazıb.

İclas bu gün Nyu-Yorkda saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00) baş tutacaq/Report.

Qeyd edək ki, noyabrın 25-də səhər saatlarında Rusiya tərəfi Azov dənizində Ukraynanın “Yanı Kapu” yedək qayığının, eləcə də “Berdyansk” və “Nikopol” qayıqlarının Kerç boğazından keçməsinə mane olub. Keçidin qarşısını almaq üçün Rusiya gəmiləri Krım körpüsünün altına tanker yerləşdirib, hətta yedək qayığı atəşə tutub. Elə həmin gün axşam saatlarda Rusiya gəmiləri onlara hücum edərək ələ keçirib, ukraynalı dənizçisini yaralayıb, 23 dənizçinin isə əsir götürüldüyü deyilir.