XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 15:50

Almaniya prezidentinin ermənilərə “soyqırım” kələyi

Yervand Azatyan: “Soyqırımın tanınması nəzarətimizdən çıxıb”

Ermənilərin soyqırımı məsələsi erməni tərəfinin nəzarətindən çıxıb və ölkələr öz məqsədləri üçün istifadə edir.

Strateq.az Armeniya Today-ə istinadən bildirir ki, “Ramkavar-Azatakan” partiyasının (Ermənistan) ABŞ və Kanada təmsilçisi Yervand Azatyan bu fikirdədir.

Azatyan qeyd edib ki, “Türkiyə Qərb üçün Yaxın Şərqdə həmişə alət rolunu oynayıb, lakin son zamanlar elə həmin Qərbin sayəsində o qədər güclənib ki, bölgədə öz siyasətini aparmağa cəhd edir. Türkiyə Suriya, Livan, Kiprə təzyiq edir, enerji daşıyıcılarının üzərində Qərbin də iddialı olduğu nəzarətə can atır”.

Azatyan 1915-ci il hadisələrini soyqırım adlandırmış Almaniya prezidentinin çıxışına toxunarkən deyib ki, Almaniya prezidenti müyyən kələyə əl atdı, buna görə də onun çıxışını siyasi saymaq mümkün deyil: “O, bəyanatı kilsədə verdi ki, siyasi kontekstin çərçivəsindən kənara çıxartsın”.

Azatyan Almaniya parlamentinin uyğun qətnamə qəbul edəcəyinə əmin deyil: “Almaniyada böyük türk icması yaşayır və Almaniyanın Türkiyədə iqtisadi-siyasi maraqları çoxdur. üstəlik, Almaniya həmin illərin faciəvi hadisələrinin iştirakçısıdır”.