XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 10:52

BANM rektoru Cenevrə Biznes Məktəbinin kampus direktoru Mark Hattonla görüşüb –FOTO 

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Cenevrə Biznes Məktəbinin kampus direktoru Mark Hattonla görüşüb. 

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, görüşdə SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müşaviri İlkin Aslanov, Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Kamran Dadaşov və BANM-ın məsul əməkdaşları iştirak ediblər.

Elmar Qasımov BANM haqqında məlumat verərək bildirib ki, Ali Məktəb yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq edir və daim istehsalatın içindədir.

Rektor həmçinin qeyd edib ki, BANM Böyük Britaniyanın Herior-Vatt Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə partnyordur və həmin universitetlərin tədris proqramları Ali Məktəbdə tədris olunur.

Mark Hatton bildirib ki, Cenevrə Biznes Məktəbi İsveçrənin ən prestijli tədris müəssisəsi olaraq dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir. Bakıya 6-cı dəfə səfər etdiyini bildirən Mark Hatton Cenevrə Biznes Məktəbinin BANM ilə əməkdaşlıq etmək niyyətində olduğunu, xüsusilə Cenevrə Biznes Məktəbinin Neft və Qaz Menecmenti üzrə MBA proqramının birgə təşkil edilə biləcəyini vurğulayıb. O, həmçinin proqramı Ali Məktəblə ikili diplom və münasib qiymətə təşkil edilməsinin mümkün olduğunu, BANM ilə əməkdaşlığın Cenevrə Biznes Məktəbi üçün prestij nöqteyi nəzərdən də əhəmiyyətli olduğunu söyləyib.

Təklifə müsbət yanaşan E.Qasımov bu istiqamətdə BANM-ın hər cür dəstək göstərməyə hazır olduğunu və Azərbaycanda ilk dəfə tədris olacaq yeni MBA istiqamətinin tələbələr arasında böyük maraq doğuracağına əmin olduğunu bildirib.

Daha sonra tərəflər arasında proqramın detalları müzakirə olunub, həmçinin iki təhsil müəssisəsi arasında tələbə və professor mübadiləsi, eləcə də Cenevrə Biznes Məktəbinin tələbələrinin Azərbaycanda təcrübə proqramlarına cəlb olunması üzrə istiqamətlər müzakirə edilib.

Sonda qonaqlar BANM-ın kampusu ilə daha yaxından tanış olub və Ali Məktəbdə keçirilən voleybol və futbol yarışlarına qonaq qismində qatılıblar.