XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 12:12

Milli Məclisin bugünkü plenar iclası –Hansı qanunlar dəyişəcək?

 

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxildir.

Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq/Report.