XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 12:54

70 xarici diplomat Azərbaycanın cənub bölgəsinə səfər edib –XİN-dən açıqlama

Xarici İşlər Nazirliyi tərəfindən noyabrın 27-28-də ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin Cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev xatirə parkı, Lənkəran Olimpiya İdman Kompleksi ilə tanışlıq, “Azərxalça” ASC, “Yaşılçay” MMC, eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanışlıq, habelə Astara şəhərində “Astara Çay” MMC ilə tanışlıq və bu ərazilərdə fəaliyyət göstərən istirahət, sağlamlıq mərkəzlərinə baş çəkilməsi nəzərdə tutulub.

Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da təqdimatlar təşkil olunacaq.