XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Fevral 2016 - 16:50

Xamneyi:“Amerika İranın qarşısında heç bir qələt eləyə bilməyəcək”

“Allahın köməkliyi ilə İran gəncləri bir gün görəcəklər ki, Amerika və hətta Amerikadan böyüyü də İran xalqı qarşısında heç bir qələt eləyə bilməyəcək”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xamneyi Şərqi Azərbaycan ostanına səfəri zamanı Təbrizdə əhali ilə keçirdiyi görüş zamanı bildirib.

Ali dini lider deyib ki, İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə qarşıdakı seçkilərdə geniş iştirakı düşmənlərin fitnəsini zərərsizləşdirəcək amili olacaq:

Düşmən seçkilər üçün özünün hazırladığı fitnəni reallaşdırmaq istəyir. Buna görə, İran xalqı ölkənin əsas sahibi kimi bəzi həqiqətləri bilməlidir ki, bu alçaq niyyətlər reallaşmasın”.

Xamneyinin sözlərinə görə, islam inqilabının qələbəsinin başlanğıcından əcnəbilərin planı İranda seçkilərin keçirilməsinin qarşısının almaq olub və  buna bəzi səylər də göstəriblər.

Ali dini rəhbər İranın dünya ölkələri ilə iqtisadi anlaşmasını müsbət qiymətləndirib.