XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 20:21

İspaniyada bütün AES-lər bağlanacaq –Hökumət qərar verməyə hazırlaşır

 

İspaniya hökuməti 2028-ci ilədək nüvə enerjisindən imtina edərək ölkənin bütün atom elektrik stansiyalarını bağlamaq niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının tövsiyələri çərçivəsində 2020-ci ilədək ölkədəki 15 kömür elektrik stansiyasının 7-si bağlanmalıdır.

Hazırda bərpa edilən enerji mənbələri hesabına ölkənin elektrik ehtiyaclarının 38,5 faizi, habelə atom elektrik stansiyaları vasitəsilə 22 faizi, istilik elektrik stansiyaları vasitəsilə də 39,5 faizi ödənilir.

İspaniya Ekoloji Keçidlər Nazirliyinin sözçüsü Xose Migel Monkada xatırladıb ki, son atom elektrik stansiyası 1988-ci ildə Quadalaxara əyalətində inşa ediləndən sonra hökumət Çernobıl qəzasını nəzərə alaraq bir daha belə stansiyalar tikdirməmək qərarına gəlmişdi.