XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 18:13

“Əgər danışıqlar müsbət nəticələnərsə…” –Kaladzedən SOCAR-la danışıqlar haqda açıqlama

 

"Gürcüstan hökuməti SOCAR və "Şahdəniz" konsorsiumu ilə danışıqları davam etdirir. Əgər danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan əlavə qaz almaq məcburiyyətində qalmayacaq".

Bu barədə Gürcüstanın Baş nazirinin birinci müavini, Energetika naziri Kaxa Kaladze bildirib.

"Biz SOCAR-la aktiv şəkildə danışıqlar aparırıq. Təbii ki, konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqların predmeti "Şahdəniz" kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq", – K.Kaladze bildirib.

Apa.az