XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 18:24

Moskva:“Qərar vermək Azərbaycanın suveren hüququdur”

“İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun bu gün türkiyəli həmkarı ilə Bakıda keçirdiyi mətbuat konfransında “Azərbaycanın İslam koalisiyasında hansı şəkildə iştirak edəcəyi müzakirə olunur” bəyanatına dair suala M. Zaxarova belə cavab verib:

“Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir”.

Apa.az