XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2018 - 19:03

Bakıda külək 22 ağacı aşırdı- 2 maşın əzildi, 1 nəfər xəsarət aldı

Güclü külək paytaxtda fəsadlar törədib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, güclü külək nəticəsində paytaxt ərazisində 22 irigövdəli ağac aşıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə Təsərrüfat Birliyi gücləndirilmiş iş rejiminə keçib. Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində Qoqol küçəsində bir ağac maşının üstünə aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

Bununla yanaşı, paytaxtın Azadlıq prospektində də ağac maşının üzərinə aşıb.