XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2018 - 23:57

“Qarabağ” “Sportinq”ə böyük hesabla məğlub oldu –Avropa Liqası

Bu gün Avropa Liqasının V tur matçında “Qarabağ” Portuqaliyanın “Sportinq” ilə Bakıda qarşılaşıb.

Strateq.az xəbər verir ki, Qurban Qurbanovun komandası oyundan böyük hesabla məğlub ayrılıb.

Belə ki, 4-cü dəqiqədə rəqib komandanın oyunçusu Dost hesabı açıb: 0:1.

14-cü dəqiqədə Abdullah Zubir hesabı bərabərləşdirib: 1-1.

20-ci dəqiqədə Fernandes “Sportinq”i irəli çıxarıb: 1-2.

33-cü dəqiqədə Nanni fərqi 2 topa çatdırıb: 1-3. ”

Qarabağ” matçın 64-cü dəqiqəsində Diabinin qolu ilə 4-cü qolu buraxıb: 1-4.

“Sportinq” görüşün 75-ci dəqiqəsində Fernandesin qolu ilə 5-ci topu vurub: 1-5.

Diabi 81-ci dəqiqədə komandasının 6-cı qoluna imza atıb: 1-6.