XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 10:45

Məktəblərdə Mart soyqırımına həsr olunan tədbirlər keçirilib –Şagirdlər erməni vandalizmi ilə bağlı məlumatlandırılıb (Fotolar)

“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “1918-ci il azərbaycanlıların soyqırımı haqqında yeniyetmələr arasında tədbirlərin təşkili və videoçarxın hazırlanması” layihəsini həyata keçirir.

Bu barədə təşkilatdan Strateq.az-a verilən məlumata görə, layihənin məqsədi 1918-ci il azərbaycanlıların mart soyqırımı haqqında yeni nəslin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması və innovativ, mədəni tədbirlərdən istifadə etməklə diqqəti bu faciəyə cəkməkdir.

Layihə şərçivəsində Bakı şəhərində 4 məktəbdə (132-134, 189-190 ,7 saylı orta məktəblər)  6-9-cu sinif şagirdlərinin iştirakı ilə 1918-ci il mart soyqrımı  hadisələrinin 100-cü ildönümünə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib. Maarifləndirici tədbirlər zamanı şagirdlərə 1918-ci il mart soyqrımı  hadisələri ilə bağlı qısa, sadə və analşılan dildə, vizual görüntülərlə  (foşəkilllər, xəritələr, sənədlərin surəti və s)  təqdimat edilib. Tədbirlər zamanı şagirdlərin fikirləri dinlənilib. Təqdimatçılar şagirdlərin suallarını cavablandırıblar.

Tədbirlərdə ümumilikdə,  300-dən çox şagird iştirak edib.