Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilib.
“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra isə həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.