XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 10:49

Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək- Bu gün

Dekabrın 1-də Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyunu debütant “Sabah” və Premyer Liqanın hazırkı lideri “Neftçi” arasında oynanılacaq.

Komandalar arasında ilk dövrədəki oyunda flaqman qələbə qazanıb – 2:0. “Sabah” turnir cədvəlində 17 xalla dördüncü, “Neftçi” isə 29 xalla birinci pillədə qərarlaşıb. Rəhim Həsənovun idarə edəcəyi oyun 16:30-da start götürəcək.

Günün digər matçında “Sumqayıt” “Səbail”i qəbul edəcək. “Gənclik şəhəri”nin təmsilçisi mövsümdə ilk dəfə “Kapital Bank Arena”da oyuna çıxacaq. Arena bu vaxta qədər təmirdə olduğu üçün “Sumqayıt” ev oyunlarını paytaxtda keçirib.

Komandalar indiyədək çempionatda 5 dəfə qarşılaşıblar və hər biri 2 dəfə qələbəyə seviniblər. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir – 4:4. Son iki oyunda “Səbail” qalib gəlib. “Səbail” 20 xalla üçüncü, “Sumqayıt” isə 11 xalla 6-cı yerdədir.

Tura dekabrın 2-də “Qəbələ” – “Zirə”, dekabrın 3-də isə “Qarabağ” – “Keşlə” oyunları ilə yekun vurulacaq.