XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 20:03

Bakıda itkin düşənməktəblilər tapıldı

129734_res_01

Bakıda ötən gündən yoxa çıxan iki məktəbli tapılıb.

Bu barədə azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

DİN rəsmisi 32 saylı orta məktəbin şagirdləri – 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayılın paytaxt ərazisində tapıldığını qeyd edib.

Bildirilib ki, məktəblilər gün ərzində ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamera görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıblar. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.

İtkin düşən şagirdlərdən birinin – Şamilin anası Yekaterina Babayeva da məlumatı təsdiqləyib. Onun sözlərinə görə, uşaqları Hövsan ərazisindən tapıblar. Uşaqlar sadəcə gəzməyə çıxdıqlarını deyiblər.