XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 17:33

Dövlət Komitəsi kişinin həyat yoldaşının saçını qırxaraq foto və videosunusosial şəbəkələrdə yaymasına münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin xəyanət iddiası ilə həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.

“Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”, – Dövlət Komitəsindən vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.

Gənc qadının kimliyi məlum deyil.