XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 09:31

Bu gün AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılacaq –Detallar

Bu gün bütün Avropanın diqqəti İrlandiyaya yönələcək.

Paytaxt Dublində AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə sayca 16-cı Avropa çempionatının seçmə mərhələsinin iştirakçıları qruplara bölünəcək.

UEFA-ya üzv olan 55 assosiasiyanın təmsilçiləri 10 qrupa ayrılacaq. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. 2019-cu ildə keçiriləcək seçmə oyunlarından sonra hər qrupun iki ən yaxşısı final mərhələsinə yüksələcək.

Seçmə mərhələdə mübarizə aparacaq Azərbaycan millisi də rəqiblərini tanıyacaq. Komandalar püşk ərəfəsində səbətlərə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Qrupların tərkibi müəyyənləşdikdən sonra oyunların təqvimi də tərtib olunacaq. Matçlar 2019-cu ilin martından noyabrına qədər davam edəcək.

AVRO-2020-nin səbətləri

Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya

1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa

2-ci səbət: Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, Çexiya

3-cü səbət: Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail

4-cü səbət: Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya

5-ci səbət: Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları

6-cı səbət: San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta.

Publika.az