XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 21:07

Makron Parisdə aksiyaların keçirildiyi əraziləri ziyarət edib –FOTO

Fransa prezidenti Emmanuel Makron Parisdə qiymət artımına etiraz olaraq aksiyaların keçirildiyi ərazini ziyarət edib.

Charles de Gaulle meydanı və Zəfər Tağına gələn Makron son vəziyyətlə maraqlanıb.

Daha sonra o, Yelisey sayarına gələrək daxili işlər naziri və ekologiya nazirinin də iştirakı ilə keçirilən “böhran toplantısı”na qatılıb.

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunur/Teleqraf.com.